EN

İsrail Qəzza zolağında quru əməliyyatını yeni mərhələsinə keçir

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin qərb hissəsiniələ keçirərək, HƏMAS döyüşçülərindəntəmizləyiblər.

İndi onlar quru əməliyyatının növbəti mərhələsinə keçirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu İsrailin müdafiə naziri Yoav Qalant“cursorinfo.co.il” saytına danışıb.

Onun dediyinə görə, “...artıq növbəti mərhələ başlayıb”.

Müdafiə Nazirliyinin rəhbəri həmçinin bildirib ki, İsrail hərbçiləri Şifa xəstəxanasında “mühüm dəlillər” tapıblar, lakin Qalant onların nədən ibarət olduğunu bildirməyib.

“...Əməliyyat davam edir və aydın, seçmə, lakin çox, çox qətiyyətlə həyata keçirilir”-deyə yəhudi nazir bildirib.

Nazlı

Chosen
834
23
sia.az

10Sources