Bakı. Trend:
İspaniyanın "Real" klubu ukraynalı qapıçı Andrey Luninləmüqaviləni uzadıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, yeni müqavilənin müddəti 30 iyun 2030-cuilə qədərdir.
Lunin "kral klubu"na 2018-ci ildə, 19 yaşında qoşulub və 2020-ciildən əsas komandanın heyətinə cəlb olunub. Bu illər ərzində Andreykomandanın tərkibində 10 kubok, 2 Çempionlar Liqası, 1 Klublararasıdünya çempionatı, 2 UEFA Super Kuboku, 2 La Liqa, 1 İspaniya Kubokuvə 2 İspaniya Super Kubokunu qazanıb.