EN

Şahbuzda ot bağlamalarında yanğın olub - FOTO 

Şahbuz rayonunun Mahmudoba kəndində ot bağlamalarında yanğın olub. 

Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz rayonun Mahmudoba kəndində ot bağlamalarında yanğın olması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən ərazilərə cəlb olunub. 

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. 

Faktla bağlı araşdırma aparılır. 






Bizim.Media
 

Chosen
690
40
bizim.media

10Sources