EN

Azərbaycan yığmasının iki üzvü əməliyyat edildi

Turanın 5, Əliabbasın isə 6 aydan sonra millinin təlim-məşq proseslərində iştirakı gözlənir. Sərbəst güləş üzrə yığmamızın üzvləri Əliabbas Rzazadə və Turan Bayramov əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə Güləş Federasiyasından məlumat verilib. Avropa ikincisi və U-23 dünya çempionu T.Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat edilib. Hər iki cərrahiyyə əməliyyatı “Liv Bona Dea” hospitalında keçirilib. Turanın 5, Əliabbasın isə 6 aydan sonra millinin təlim-məşq proseslərində iştirakı gözlənir.

Chosen
57
16
matc.az

10Sources