AZ

Millinin üzvləri əməliyyat olunublar

Sərbəst güləş üzrə milli komandanın 2 üzvü əməliyyat edilib.

Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.

Hər iki cərrahiyyə əməliyyatını "Liv Bona Dea" hospitalının baş həkimi Elxan Qasımov həyata keçirib. Turanın 5, Əliabbasın isə 6 aydan sonra milli komandanın təlim-məşq proseslərində iştirakı gözlənilir.

Seçilən
45
16
musavat.com

10Mənbələr