EN

Koronavirusun yeni növü Avropada 

Avropa ölkələrində koronavirusunun yeni alt növü XEC yayılmağa başlayıb. Epidemioloqların fikrincə, bu alt növ dominantlardan birinə çevrilə bilər.

 

Modern.az xÉ™bÉ™r verir ki, XEC ilk dÉ™fÉ™ yayın É™vvÉ™lindÉ™ Almaniyada qeydÉ™ alınıb, ardınca 11 Avropa ölkÉ™sinÉ™ yayılıb.

 

XES alt növü virusun iki fÉ™rqli variantının birləşmÉ™sidir. Onlar genetik mÉ™lumatlarını qarışdıraraq virusun yeni variantını yaradırlar. Bu, hazırda koronavirusun tamamilÉ™ dominant forması olan “omikron”un alt variantıdır.

 

Virus daim insanlarda immunitet vəziyyətinə uyğunlaşan yeni mutasiyalar əmələ gətirir. XEC-də onun əvvəlki variantlara yoluxmuş şəxslər arasında daha asan yayılmasına imkan verən dəyişikliklər var.

 

Tibb ekspertlərinin sözlərinə görə, XEC-in əvvəlki variantlardan daha təhlükəli olduğuna, həmçinin, peyvənd sayəsində əhalinin ciddi ağırlaşmalardan yaxşı qorunduğuna dair heç bir əlamət yoxdur.

Chosen
156
11
modern.az

10Sources