EN

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

Çempionlar Liqasında Liqa mərhələsinin I turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Operativ Media" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Siyahıda 4 oyunçu yer alıb. Onlardan üçü Almaniya təmsilçilərinin üzvləridir. Bunlar “Bayern”dən Harri Keyn, “Bayer”dən Florian Virts, “Borussiya”dan (Dortmund) Ceymi Bayno-Qittens və “Atletiko”dan Antuan Qrizmanndır.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək

Chosen
33
8
operativmedia.az

10Sources