“Neftçi” İdman Klubunun basketbol komandası heyətini iki yeni oyunçu ilə gücləndirib.Bu barədə Komanda.az-a Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.Bunlar ABŞ-dan olan Bobi Harvi və Brendon Saqzdır.Onlar daha əvvəl müvafiq olaraq “Portland State” və “New Mexico State” klublarının formasını geyiniblər.“Neftçi” daha əvvəl dörd oyunçunun transferini açıqlamışdı.