AZ

"Neftçi"dən daha 2 transfer

"Neftçi" İdman Klubunun basketbol komandası heyətini iki yeni oyunçu ilə gücləndirib.

Bu barədə Sportnet.az-a Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bunlar ABŞ-dən olan Bobi Harvi və Brendon Saqzdır.

Onlar daha əvvəl müvafiq olaraq “Portland State” və “New Mexico State” klublarının formasını geyiniblər.

"Neftçi" daha əvvəl dörd oyunçunun transferini açıqlayıb.


Seçilən
32
12
sportnet.az

10Mənbələr