EN

Premyer Liqa klubu ev oyununu "Sumqayıt"da keçirəcək

Azərbaycan Premyer Liqasının 8-ci turunun "Araz-Naxçıvan" - "Səbail" matçının yeri dəyişdirilib.

Sportal.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, oyun Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək. Buna səbəb “Liv Bona Dea Arena”nın qazonunda aparılan renovasiya işləri ilə əlaqədar “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti olub.

Peşəkar Futbol Liqasının təftişi və Əsasnamənin müvafiq bəndi ilə matçın Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena”da oynanılmasına qərar verilib.

Qeyd edək ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də, saat 19:00-da başlayacaq.

saytlarin hazirlanmasi

Chosen
78
19
sportal.az

10Sources