AZ

"Araz-Naxçıvan" ev oyununu Sumqayıtda keçirəcək

Misli premyer-liqasının 8-ci turunun "Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək.


“Football-plus.az” xəbər verir ki, “Liv Bona Dea Arena”nın qazonunda aparılan renovasiya işləri ilə əlaqədar “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti, Peşəkar Futbol Liqasının təftişi və Əsasnamənin müvafiq bəndi ilə Misli premyer-liqasının 8-ci turunun “Araz-Naxçıvan” – “Səbail” görüşünün Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena”da oynanılmasına qərar verilib.

Qeyd edək ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də, saat 19.00-da başlayacaq.

Seçilən
86
19
football-plus.az

10Mənbələr