EN

Qazaxda qəza: ata və oğlu xəsarət aldı

Qazaxda avtomobil qəzası olub, ata və oğlu xəsarət alıb.

Bakupost.az -ın məlumatına görə, hadisə Qazax rayonunun Daş Salahlı kənd ərazisində qeydə alınıb.

Belə ki, "Lifan" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində 1984-cü il təvəllüdlü C.Əliyev və onun oğlu, 2009-cu il təvəllüdlü N.Əliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Chosen
241
14
bakupost.az

10Sources