Bakı. Trend:
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununukeçirib.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsinin IIturunun matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri İsveç “Malmö”sü ilə üz-üzəgəliblər. Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublikastadionunda qəbul edib. Birinci turda “Tottenhem”ə 0:3 hesabı iləuduzan Ağdam klubu bu dəfə də azarkeşlərini sevindirə bilməyib.Çempionumuz erkən qol vursa da, qonaqlar iki dəfə fərqləniblər.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 24-dəkeçirəcək. 11 qat ölkə çempionumuz III turda Niderland təmsilçisi“Ayaks”ı qəbul edəcək.
Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45. “Qarabağ” – “Malmö” - 1:2
Qollar: Olavio Juninyo, 15 - Erik Botheim, 19; 47