EN

Sudan və Cənubi Sudanın iddialı olduğu ərazidəki döyüşlərdə azı 32 nəfər ölüb

Sudan və Cənubi Sudan arasında mübahisəli Abyey inzibati bölgəsində bazar günü şiddətli döyüşlərdə, o cümlədən BMT-nin sülhməramlısı da daxil olmaqla azı 32 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə AP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Yerli mətbuat naməlum silahlı şəxslərin Abyeyin cənubundakı iki kəndə hücumu nəticəsində mülki sakinlərin və Qananın bir sülhməramlısının həlak olduğunu bildirib.

Cənubi Sudanın “Eye Radio Juba” radiosu Abyeyin informasiya naziri Bolis Kuoçiyə istinadən xəbər verib ki, döyüşlərdə 32 nəfər ölüb, daha 20 nəfər yaralanıb. Lakin indi döyüşlər dayanıb və vəziyyət sakitləşib.

Cənubi Sudanın mart ayında mübahisəli əraziyə qoşun yeritməsindən sonra icmalararası və sərhədyanı toqquşmalar şiddətlənib.

Beynəlxalq qoşunlar artan münaqişənin qarşısını almaq üçün BMT-nin Abyey üçün Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin bir hissəsi olaraq Alil və Ram-Amir bölgələrinə yerləşdirilib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, aprelin ortalarında başlayan qarşıdurmalarda bu günədək 9 mindən çox insan həlak olub, milyonlarla insan Sudan və qonşu ölkələr daxilində didərgin düşüb.

Chosen
632
50
ikisahil.az

10Sources