EN

"Real"ın kapitanı ciddi zədələndi

İspaniya La Liqasının IX turunda Madridin "Real" klubunun kapitanı Dani Karvahal ciddi zədə alıb. Metbuat.az-ın məlumatına görə, "Kral klubu"nun doğma meydanda "Vilyarreal"la oynadığı matçın sonlarında 32 yaşlı müdafiəçinin ayağı burxulub. Karvahal ağrıdan göz yaşlarını saxlaya bilməyərək, meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.

Qarşılaşma isə "Real"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
30
14
metbuat.az

10Sources