AZ

"Real"ın kapitanı ciddi zədə aldı

İspaniya La Liqasının IX turunda “Real”ın (Madrid) kapitanı Dani Karvahal ciddi zədə alıb.

 “Kral klubu”nun doğma meydanda “Vilyarreal”ı qəbul etdiyi matçın son anlarında 32 yaşlı müdafiəçinin ayağı burxulub.

Göz yaşlarını saxlaya bilməyən Karvahal meydanı xərəktə tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, qarşılaşma “Real”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
53
14
news365.az

10Mənbələr