“Zirə”nin futbolçusu Ruan Renato ölkə çempionatlarında 100-cü oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi Misli premyer-liqasının 9-cu turuna təsadüf edib.
Ruan “Turan Tovuz”la səfər matçına start heyətində çıxıb. O, çıxdığı 100 oyunda 5 qol vurub.
Renato ölkəmizdə iki komandada forma geyib. “Qəbələ”də 59 görüşdə 4 dəfə qola sevinən müdafiəçi “Zirə”də keçirdiyi 41 qarşılaşmada 1 dəfə fərqlənib.
Onun debütü 2021/22 mövsümünə təsadüf edib. Ruan 2021-ci il avqustun 15-də “Neftçi” – “Qəbələ” oyununda (2:2) şans qazanıb.
Qeyd edək ki, “Turan Tovuz” – “Zirə” görüşündə qərblilər 1:0 hesabı ilə qələbə qazanıblar.