EN

Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazandı

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, mübarizəyə 1/16 finaldan başlayan Keişa qadın idmançıların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini üstələyib.

O, qızıl medal uğrunda keçirilən həlledici final qarşılaşmasında danimarkalı Amalie Sçulzanı hər iki setdə böyük fərqlə məğlub edərək turnirinin qalibi olub - 21:11,21:9.

Bizim.Media

Chosen
84
33
bizim.media

10Sources