Gəncədə ana və yeniyetmə qızı itkin düşüb.Gununsesi.info xəbər verir ki, Tahir Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, arvadı Nargül İmanova və övladı, 2009-cu il təvəllüdlü Günay Həsənova noyabrın 6-da birgə yaşadıqları evdən naməlum istiqamətdə gedərək bir daha geri qayıtmayaraq itkin düşüblər.Faktla bağlı araşdırma aparılır.Gununsesi.info