EN

Marjona Savriyeva AÇ-də bürünc medal qazandı

Azərbaycan boksçusu Marjona Savriyeva 23 yaşadək (U-23) boksçular arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunmuş U-23 Avropa çempionatı davam edir.

Bu gün Azərbaycan millisi qitə birinciliyində ilk medalını rəsmiləşdirib. Komandamızın aktivinə mükafatı Marjona Savriyeva yazdırıb.

50 kq çəkidə mübarizə aparan boksçumuz yarımfinalda Dominika Kuçjevska (Polşa) ilə üz-üzə gəlib. Görüşdə rəqib 4:1 (29:28, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə qələbə qazandığından Savriyeva Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu Avropa çempionatının yarımfinal mərhələsində yığmamızın daha 3 boksçusu rinqə çıxacaq.

Chosen
15
11
arena.az

10Sources