EN

Premyer Liqa: Rekorddan bir qol az

Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunda 2024/2025-ci illər mövsümünün ikinci məhsuldarlığı qeydə alınıb.

Arena.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 10-cu turda qapılara 18 qol vurulub.

“Sumqayıt” – “Turan Tovuz” oyununda altı (2:4), “Kəpəz” – “Qarabağ” matçında beş (0:5), “Neftçi” – “Səbail” görüşündə dörd (3:1) qol qeydə alınıb. Digər iki qarşılaşmada məhsuldarlıq aşağı olub. “Zirə” – “Sabah” oyunu 1:1 hesabı ilə bitibsə, “Şamaxı” – “Araz-Naxçıvan” görüşündə yeganə topa qonaq komanda imza atıb.

Beş oyunda 18 qolun vurulduğu turda orta məhsuldarlıq 3,60-a bərabər olub. Bu, mövsümün ikinci göstəricisidir. Yalnız 8-ci turda daha çox – 19 qol vurulub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının cari mövsümündə 4-cü dəfə orta məhsuldarlığın 3-dən yuxarı olması qeydə alınıb. Bu rəqəm 8-ci turda 3,80, 7-ci turda 3,40, ilk oyun həftəsində 3,20 olub.

Chosen
54
17
arena.az

10Sources