EN

Orxan Məmmədov Qətər klubunun rəsmiləri ilə görüşdü - Şəkillər

style='margin-bottom:10px;'>

Qətərdə səfərdə olan “Zirə”nin idarə heyətinin sədri Orxan Məmmədov bu ölkənin “Ər-Rayyan” klubunun rəsmiləri ilə görüşüb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qətərlilərin vitse-prezidenti Ali Salem Afifa və idman direktoru Mohammed Alatvaanla görüşdə müxtəlif fikir mübadilələri aparılıb və təcrübələr bölüşülüb.

Görüş zamanı komandaların gələcəkdə bir-birləriylə yoxlama oyunu keçirmə perspektivi də müzakirə edilib. Tərəflər daha sonra isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ər-Rayyan” - “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) oyununu izləyiblər.






SəhifəninYuxarı

Chosen
95
12
teleqraf.com

10Sources