EN

Bu gün yeganə qadın şəhid Arəstə Baxışovanın anım günüdür

Oktyabrın 23-ü Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın anım günüdür.

1989-cu il mayın 4-də Xaçmazda anadan olub. Onun atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyinin Mühafizə İdarəsinin rəisi vəzifəsində işləyib. Qızının 4 yaşı olanda dünyasını dəyişib.

Pedaqoji texnikumu ingilis dili ixtisası üzrə bitirən Aresta peşə olaraq hərbi işləri seçib və Beyləqandakı hərbi hissələrdən birində xidmət edib.

A.Baxışova könüllü kimi cəbhəyə yollanıb. Vətən Müharibəsi illərində Füzuli, Zəngilan və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə yaralananlara tibbi yardım göstərmişdir. Oktyabrın 23-də Qubadlının azadlığı uğrunda döyüşərək şəhid olub.

O, Biləcərı kəndindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə o, ölümündən sonra Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis edilmiş “Vətən uğrunda” medalı və “Florens Naytinqeyl” medalı ilə təltif edilib.

Onun iki övladı qalıb: 12 yaşlı oğlu Mərdan və 11 yaşlı qızı Zəhra.

Allah rəhmət eləsin!

Chosen
115
anspress.com

1Sources