Oktyabrın 25-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açılış mərasimi keçirilib.
TÉ™dbirdÉ™ AzÉ™rbaycan Respublikasının DövlÉ™t Turizm Agentliyinin sÉ™dri Fuad Nağıyev, AzÉ™rbaycanın Rusiya Federasiyasındakı fövqÉ™ladÉ™ vÉ™ sÉ™lahiyyÉ™tli sÉ™firi RÉ™hman Mustafayev, Rusiya Federasiyasının İqtisadi İnkiÅŸaf nazirinin müavini Dmitri Vaxrukov vÉ™ Moskva ŞəhÉ™ri HökumÉ™tinin Xarici iqtisadi vÉ™ BeynÉ™lxalq É™laqÉ™lÉ™r şöbÉ™sinin müdir müavini Vyaçeslav Manuylov vÉ™ digÉ™r dövlÉ™t rÉ™smilÉ™ri, “Agalarov Development” ÅŸirkÉ™tinin tÉ™sisçisi, tanınmış iÅŸ adamı Emin AÄŸalarov, elÉ™cÉ™ dÉ™ Rusiya vÉ™ AzÉ™rbaycanın turizm sÉ™nayesinin nümayÉ™ndÉ™lÉ™ri iÅŸtirak ediblÉ™r.
Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələnin təməlini qoyduğunu və turizm əlaqələrini daha da gücləndirəcəyini qeyd edib.
Agentlik sədri bildirib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin tərkib hissəsi kimi turizm əlaqələri çoxillik tarixə əsaslanır və onların inkişafına əsas təkan dövlət başçılarının bu sahəyə göstərdiyi xüsusi diqqətdən irəli gəlir.
Tədbir çərçivəsində, həmçinin iki ölkə arasında turizm sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, turizm nümayəndəliyin açılmasında əsas məqsəd Rusiya turizm sənayesi ilə əməkdaşlığı gücləndirmək, Azərbaycanın turizm potensialını və məhsullarını təbliğ etmək, habelə Rusiya bazarında informasiya və reklam fəaliyyətini genişləndirməkdir.
Nümayəndəlik turizm şirkətləri və dövlət qurumları ilə münasibətləri formalaşdırmaq, marketinq və media kampaniyalarını idarə etmək, tədbirlər təşkil etmək və turizm agentlikləri, eləcə də media ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək funksiyasını həyata keçirəcək.
Hazırda “AzÉ™rbaycan Hava Yolları” QSC vÉ™ Rusiya aviadaşıyıcıları AzÉ™rbaycanın müxtÉ™lif ÅŸÉ™hÉ™rlÉ™rinÉ™ uçuÅŸlar hÉ™yata keçirÉ™rÉ™k iki ölkÉ™ arasında fasilÉ™siz hava É™laqÉ™sini tÉ™min edir.
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan səfər edənlərin sayı 564 008 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% artımdır.














