AZ

Rusiyada Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub

Bakı. Trend:

Bu gün Rusiyanın paytaxtı Moskvada Azərbaycan Turizm Bürosununrəsmi nümayəndəliyinin açılış mərasimi keçirilib.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumatverilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyininsədri Fuad Nağıyev, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladəvə səlahiyyətli səfiri Rəhman Mustafayev, Rusiya Federasiyasınınİqtisadi İnkişaf nazirinin müavini Dmitri Vaxrukov və Moskva ŞəhəriHökumətinin Xarici iqtisadi və Beynəlxalq əlaqələr şöbəsinin müdirmüavini Vyaçeslav Manuylov və digər dövlət rəsmiləri, “AgalarovDevelopment” şirkətinin təsisçisi, tanınmış iş adamı Emin Ağalarov,eləcə də Rusiya və Azərbaycanın turizm sənayesinin nümayəndələriiştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətəbaşlamasının ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələnintəməlini qoyduğunu və turizm əlaqələrini daha da gücləndirəcəyiniqeyd edib.

Agentlik sədri bildirib ki, Azərbaycan və Rusiya arasındaiqtisadi əlaqələrin tərkib hissəsi kimi turizm əlaqələri çoxilliktarixə əsaslanır və onların inkişafına əsas təkan dövlətbaşçılarının bu sahəyə göstərdiyi xüsusi diqqətdən irəli gəlir.

Tədbir çərçivəsində, həmçinin iki ölkə arasında turizm sahəsindəgələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsiaparılıb.

Qeyd edək ki, turizm nümayəndəliyin açılmasında əsas məqsədRusiya turizm sənayesi ilə əməkdaşlığı gücləndirmək, Azərbaycanınturizm potensialını və məhsullarını təbliğ etmək, habelə Rusiyabazarında informasiya və reklam fəaliyyətini genişləndirməkdir.

Nümayəndəlik turizm şirkətləri və dövlət qurumları iləmünasibətləri formalaşdırmaq, marketinq və media kampaniyalarınıidarə etmək, tədbirlər təşkil etmək və turizm agentlikləri, eləcədə media ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək funksiyasınıhəyata keçirəcək.

Hazırda “Azərbaycan Hava Yolları” QSC və Rusiya aviadaşıyıcılarıAzərbaycanın müxtəlif şəhərlərinə uçuşlar həyata keçirərək iki ölkəarasında fasiləsiz hava əlaqəsini təmin edir.
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan səfəredənlərin sayı 564 008 nəfər təşkil edib ki, bu da ötən ilin eynidövrü ilə müqayisədə 18% artımdır.

Məqalədə:
Seçilən
106
15
az.trend.az

10Mənbələr