EN

“Gəncə” çempionata məğlubiyyətlə başladı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.  

Bizim.Media xəbər verir ki, günün yeganə matçı Gəncədə olub. Şəhərin eyniadlı klubu doğma meydanda “Murov Az Terminal”ı qəbul edib.  

Oyun meydan sahiblərinin üstünlüyü ilə keçib. "Gəncə" çətinlik çəkmədən 3:0 hesabı ilə qələbə qazanıb.  
Qeyd edək ki, I turun oyunda “Milli Aviasiya Akademiyası” UNEC-i 3:0 hesabı ilə məğlub edib. Açılış matçında - V tur çərçivəsində isə “Abşeron” “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəlib. 

Azərbaycan Yüksək Liqası 

Qadınlar 

I tur, təxirə salınan oyun 

21 noyabr 

18:00. “Gəncə” - “Murov Az Terminal” - (25:16, 25:17, 25:18) 

Gəncə OİK 

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
537
19
bizim.media

10Sources