AZ

“Sabah” FİBA Avropa Kubokunu məğlubiyyətlə başa vurdu

Azərbaycanın basketbol üzrə “Sabah” komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu altıncı oyununda Çexiyanın “Nimburk” komandası ilə qarşılaşıb.

Bakı İdman Sarayında təşkil olunan 6-cı turun matçına saat 19:00-da start verilib. Qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə bitib – 89:97.

Xatırladaq ki, Azərbaycan təmsilçisi “Nimbruk”a qarşı səfərdə keçirdiyi ilk oyunda da 61:95 hesabıyla məğlub olmuşdu. Komandamız Türkiyənin “Baxçaşəhər” komandası ilə ev oyununda 65:83, səfər matçında 88:90 hesablı məğlubiyyətə üzülmüşdü. Monteneqroda “Mornar”a qarşı keçirdiyi oyunda 75:80 hesabıyla uduzmuş Bakı klubu, bu rəqibinə Bakıda 81:74 hesabıyla qalib gəlmişdi.

Azərbaycan çempionu qrup mərhələsini 7 xalla sonuncu pillədə başa vurub.

FIBA Avropa Kuboku
D qrupu, 6-cı tur
22 noyabr

“Sabah” – “Nimbruk” 89:97
Bakı İdman Sarayı.

Xal: Nimbruk – 11. Baxçaşəhər – 11. Mornar – 7. Sabah – 7.

Seçilən
532
19
arena.az

10Mənbələr