EN

Qafqaz mətbəxinə maraq artdı

Son bir ildə rusların Qafqaz mətbəxinə marağı artıb, Qərbi Avropa mətbəxi olan restoranlara isə maraq azalıb.

Publika.az xəbər verir ki, bu barədə "GoldenEgg" ekspertləri məlumat veriblər.

Sosial şəbəkələrdə beş mindən çox aktiv istifadəçinin qastronomik davranışını araşdıran ekspertlər müəyyən ediblər ki, bu ilin payızının üç ayında Qafqaz mətbəxi olan restoranlara maraq 63 faizə çatıb. Keçən il bu, 42 faiz olub.

İtalyan mətbəxinə maraq 71 faizdən 58 faizə, fransız mətbəxinə maraq 62 faizdən 53 faizə düşüb.

Şimali Rusiya mətbəxinə maraq göstərənlərin sayı 13%-dən 24%-ə, Meksika mətbəxinə maraq 11%-dən 19%-ə yüksəlib, rusların 15%-i İsrail mətbəxinə maraq göstərir. Keçən il bu rəqəm 11% təşkil edib.

Chosen
412
17
publika.az

10Sources