EN

Volkan Dəmirəl baş məşqçi oldu

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirəl “Bodrumspor” klubunun baş məşqçisi təyin olunub.

 

Modern.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə ötən gün istefaya göndərilən İsmət Taşdəmiri əvəzləyib.

 

V.Dəmirəl daha əvvəl “Fatih Karagümrük” və “Hatayspor” komandalarının baş məşqçisi olub.

Chosen
172
8
modern.az

10Sources