EN

“İrəvan Bakı ilə danışıqlara hazırdır” - Ermənistan XİN

“Ermənistan Azərbaycanla danışıqlarda iştirak etməyə hazırdır”.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan XİN-in dünənki bəyanatına cavab olaraq yaydığı məlumatda qeyd olunub.

 

“Ermənistan bütün çətinlik və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanın olduğunu hesab edir”, - deyə məlumatda qeyd olunub.

 

Həmçinin bildirilir ki, Ermənistan dövlət sərhədində delimitasiya üzrə komissiyanın iclasının keçirilməsini təklif edib. 

 

Xatırladaq ki, noyabrın 21-i Ermənistan sülh müqaviləsi üzrə 6-cı təkliflər paketini Azərbaycana təqdim edib.

Chosen
251
8
sfera.az

9Sources