AZ

“Ermənistan Azərbaycanla danışıqlarda iştirak etməyə hazırdır”

\"Ermənistan Azərbaycanla danışıqlarda iştirak etməyə hazırdır”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan XİN-in dünənki bəyanatına cavab olaraq yaydığı məlumatda qeyd olunub.

\"Ermənistan bütün çətinlik və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanın olduğunu hesab edir”, - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, Ermənistan dövlət sərhədində delimitasiya üzrə komissiyanın iclasının keçirilməsini təklif edib. 

Xatırladaq ki, noyabrın 21-i Ermənistan sülh müqaviləsi üzrə 6-cı təkliflər paketini Azərbaycana təqdim edib.
Seçilən
407
8
azxeber.com

9Mənbələr