EN

Xocalıda Böyük Qayıdışa dair fləşmob təşkil olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib.

Dövlət Komitəsindən Herbiand.az-a bildiriblər ki, fləşmob haqqında hazırlanmış videoçarxda Xocalı şəhərindən kadrlar verilib və şəhərin ən gənc sakinlərinin dilindən Azərbaycan şairi Abdulla Şaiqin “Vətən” şeiri səsləndirilib.

Fləşmobda doğma yurda qayıdan keçmiş məcburi köçkün həmvətənlərimiz olan azyaşlılar iştirak ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramı intensiv qaydada icra edilir. İndiyədək Xocalı şəhərinə 46 ailə, yəni, 179 nəfər köçürülüb.

Chosen
31
1
herbiand.az

10Sources