Şabranda Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində ölüb.Gununsesi.info xəbər verir ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən yük maşınının təkərinin partlaması nəticəsində almış olduğu xəsarətlərdən dünyasını dəyişib.Məlumata görə, R.Əzimov qardaşına kömək etmək məqsədilə sexə gəlibmiş.Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.Gununsesi.info