İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəsin vaxtı açıqlanıb.Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.Məlumatda qeyd edilib ki, İsrail rəsmisi atəşkəsin sabah saat 10:00-da başlayacağını bildirib.Qeyd edək ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.Razılaşma baş tutarsa, bu, oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən təxminən 240 nəfərdən 100-nün azad edilməsi demək olacaq. İsrail də öz növbəsində iki mübadilədə cəmi 300 fələstinli məhbusu azad edəcək.Gununsesi.info