EN

"Zirə" "Araz-Naxçıvan"a məğlub olub

Misli Premyer Liqasının III turundan təxirə salınan oyunda "Zirə" "Araz-Naxçıvan"a məğlub olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 48-ci dəqiqədə Urfan Abbasov meydan sahiblərinin qapısından keçirib.

Qeyd edək ki, paytaxt təmsilçisi 12 oyundan sonra 20 xalla dördüncü, Naxçıvan klubu 27 xalla ikinci pillədə qərarlaşıb.

Chosen
54
16
operativmm.az

10Sources