EN

Azərbaycan Prezidentinin çağırışları fransızdilli mediada

Fransa, Kanada və İsveçrə mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində səsləndirdiyi fikirlərlə bağlı silsilə məqalələr dərc olunub. 
Məqalələrdə Azərbaycan Prezidenti­nin Fransanı Qafqazda yeni müharibələrə zəmin yaratmaqda ittiham etdiyi vurğula­nıb. Dövlətimizin başçısının müraciətin­dən bu fikirlər sitat kimi gətirilib: “Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda, bizim regionumuz­da – Cənubi Qafqazda sabitliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin ha­zırlayır”. 
Qeyd edilib ki, beynəlxalq konfransın iştirakçılarına ünvanlanmış müraciətdə Fransanın Qafqazda dağıdıcı rolu pislə­nilib, Parisin dəstəyinin Ermənistan hö­kumətində Azərbaycana növbəti hərbi təcavüz illüziyalarının yaratdığı diqqətə çatdırılıb.

Chosen
715
2
xalqqazeti.az

10Sources