EN

Millimizə qarşı oynamayacaqlar

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya (16 noyabr) və Azərbaycanla (19 noyabr) qarşılaşacaq İsveç milli komandasının heyətində dəyişiklik baş verib.

Sportnet.az xəbər verir ki, Emil Kraft (“Nyukasl”, İngiltərə) və Erik Smit (“Sankt-Pauli”, Almaniya) komandadan kənarlaşdırılıb. Hər iki futbolçu zədəlidir və onların əvəzinə müdafiəçi Emil Holm (“Bolonya”, İtaliya) və yarımmüdafiəçi Samuel Dal (“Roma”, İtaliya) yığmaya cəlb edilib.

Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Strouberri Arena” stadionunda keçiriləcək İsveç - Azərbaycan oyunu  Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


Chosen
102
1
sportnet.az

2Sources