EN

Qar yağacaq, külək güclənəcək - PROQNOZ

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli azyağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayimcənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10°, gündüz 13-16° olacaq. Atmosfertəzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbirütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağışyağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir dumanolacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8°, gündüz 12-17°, dağlarda gecə 0-5°şaxta, gündüz 7-12° olacaq.

Chosen
468
49
az.trend.az

5Sources