EN

Messinin həyat yoldaşının supermarketi qarət olundu 

"İnter Mayami"nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzoya məxsus Rosario şəhərindəki supermarket qarət edilib. 

Yenisabah.az "Infobae"yə istinadən xəbər verir ki, hücum supermarketdən banka 22,4 min dollar aparılan zaman baş verib. İki nəfər şüşələri qaralmış ağ avtomobildən düşüb və Antonellanın əmisi oğlunun və iki supermarket işçisinin olduğu qara rəngli “Chevrolet” markalı avtomobilin şüşələrindən birini sındırıb. Soyğunçular iki kisə pul götürüb qaçmazdan əvvəl avtomobili atəşə tutublar. 

Zərərçəkənlərin yüngül zədələr aldığı və şok vəziyyətində olduqları bildirilir. 


Telegram kanalımız
Chosen
557
33
yenisabah.az

10Sources