EN

Küçədə keçmiş arvadını öldürən şəxs tutulub

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyunNoyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Zaqatala rayon prokurorluğundan Olaylar.az-a verilən məlumata görə, araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Alsanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.Hazırda ibtidai istintaq davam edir.

Chosen
168
9
olaylar.az

10Sources