EN

COVID-dən 3 il sonra ağciyərlərə nə olur

Çin alimləri Uhanda koronavirusdan ilk əziyyət çəkənlər arasında sağ qalan xəstələrə dair uzunmüddətli tədqiqatın nəticələrini dərc ediblər.

Musavat.com xəbər verir ki, bu barədə “Doktor Piter” məlumat yayıb.

Həkim İqor İvanov bildirib ki, koronavirusdan bir il sonra bəzi insanlar hələ də müəyyən dərəcədə iltihab yaşayırlar.

Çin alimləri üç ildir ki, COVID-dən sağalanların səhhətini diqqətlə izləyirlər. Belə ki, xəstələr evə buraxıldıqdan sonra ilk altı ayda üç dəfə, sonra isə bir, iki və üç ildən sonra müayinə olunublar. Tədqiqatda deyilir ki, 2 və 3 illik izləmə zamanı COVID-19-dan sağ qalan 1359 nəfərdən 728-də (54 faiz) üç il ərzində ən azı bir post-COVİD simptomu olub.

Bundan əlavə, üç ildən sonra sağalmış xəstələrin ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar edilib, ağciyər zədələnməsinin həcmi 0,2-0,3 faiz təşkil edib.

Çinli alimlər belə qənaətə gəliblər ki, ağır uzunmüddətli COVID simptomları, orqan disfunksiyası və ya məhdud hərəkətlilik yaşayanlar təcili diqqət tələb edir.

Musavat.com

Chosen
394
50
musavat.com

10Sources