Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Vitali Savelyev deyib.
"Təyyarələrin alınması qərarı bizim üçün ani oldu. Ümumilikdə 76 sərnişin təyyarəsini itirdik", - o bildirib.
Qeyd edək ki, Rusiya aviasiya sənayesinə qarşı sanksiyalar Rusiya-Ukrayna müharibəsindən sonra tətbiq edilib. Xüsusilə, ABŞ və AB Rusiyaya təyyarə və komponentlərin tədarükünə qadağa qoyub, həmçinin onları icarəyə götürdükləri təyyarələri geri qaytarmağa məcbur edib.