EN

Moskvaya kütləvi PUA hücumu olub

Moskvaya

Noyabrın 26-na keçən gecə Moskva şəhərinə pilotsuz təyyarələrin kütləvi hücumu olub.

Reyting.az
-ın Rusiya KİV-lərinə istinadla verdiyi məlumata görə, Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib ki, hava hücumundan müdafiə sistemləri Naro-Fominsk və Odintsovo şəhər rayonuna pilotsuz təyyarələrin kütləvi hücumunun qarşısını alıb.

S. Sobyanin yazıb ki, Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan PUA-nı vurub. Eyni zamanda Bryansk, Tula və Kaluqa vilayətlərində PUA-lar vaxtında aşkarlanaraq məhv edilib.

Mer tələfat və ya ciddi dağıntı olmadığını bildirib.

Qeyd edək ki, kütləvi PUA hücumu səbəbindən Moskvadakı hava limanlarının fəaliyyətində fasilə yaranmışdı. Artıq “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti bərpa edilib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan paytaxt Moskva da daxil olmaqla Rusiyanın müxtəlif şəhərləri PUA-ların hücumuna məruz qalır.

Reyting.az
Chosen
514
19
reyting.az

10Sources