EN

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın çatdırılmasını müzakirə etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda Nelsonun noyabrın 26-dan dekabrın 1-dək Omanın paytaxtı Maskata, o cümlədən Ankara və İstanbula səfər edəcəyi, orada Fələstinin HƏMAS radikal hərəkatına maliyyə təzyiqi, habelə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi məsələsini gündəmə gətirmək niyyətində olduğu qeyd edilir.

Chosen
391
8
demokrat.az

9Sources