EN

Rusiyaya kütləvi PUA hücumu edildi

Bu gecə Rusiyaya kütləvi PUA hücumu edilib.

Axar.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Sobyaninin sözlərinə görə, Moskvaya doğru uçan PUA-lar Moskva vilayətinin Naro-Fominsk rayonu və Odintsovo şəhər dairəsində, Bryansk, Tula və Kaluqa vilayətlərində hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Sobyanin hücumda ümumilikdə 21 PUA-nın iştirak etdiyini bildirib.

Chosen
460
19
axar.az

10Sources