EN

Tovuzda sexdə partlayış olub, xəsarət alanlar var » AzadMedia.az


Tovuz rayonunda "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub.

"Report"un Qərb bürosunun məlumatına görə, çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.
Chosen
28
14
azadmedia.az

10Sources