Tovuz rayonunda "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub.
Referans.az Report-a istinadla xəbər verir ki, çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta