EN

Daha bir küçədə avtobus zolağına dair yol nişanı quraşdırıldı

Paytaxtın Füzuli küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

Yenisabah.az AYNA-ya istinadla xəbər verir ki, həmin küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir. Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

Qurum hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırır.


Telegram kanalımız
Chosen
90
49
yenisabah.az

10Sources