EN

Təyyarə qəzasında xəsarət alan şəxsin atası: "Zəng edib dedi ki, vəziyyətim yaxşıdır"

"Oğlum Qroznuya getmək üçün dünən Bakıya yollanıb. Bu gün səhər saatlarında təyyarə ilə yola düşüb. Uçuşdan 2 saat sonra təyyarənin qəzaya düşməsi barədə məlumatımız oldu"...

Bunu təyyarə qəzası nəticəsində xəsarət alan Gəncə sakini Toğrul Cəfərovun atası Mahir Cəfərov APA-ya açıqlamasında deyib.

O bildirib ki, qəzadan bir müddət sonra oğlu onlara zəng edib: “Dedi ki, vəziyyətim yaxşıdır, təcili tibbi yardım maşını ilə xəstəxanaya apardılar, indi müayinə edirlər. Görüntülü danışmışıq, həkimi ilə də əlaqə saxladım".

Poliqon.info

Chosen
57
11
poliqon.info

10Sources