Yaponiyanın Honsyu adası yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Ekspertlər qeyd ediblər ki, zəlzələnin episentri 428 min insanın yaşadığı Yokosuka şəhərindən 571 km şimal-şərqdə olub.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.//publika